Dünya 

Meksikada narkokartel rəhbəri koronavirusdan öldü

Meksikanın Xalisko ştatında narkokartel rəhbərlərindən biri Moyses Eskamilya May həbsxanada koronavirusdan ölüb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, “Los Setas” kartelinin rəhbəri bir həftə əvvəl xəstəxanaya yerləşdirilmişdi.

O, çoxsaylı cinayətlərə, o cümlədən 12 nəfərin başının kəsilməsinə görə, 37 il müddətinə azadlıqdan məhrum edilmişdi.

M.Eskamilya May 2008-ci ildən Xalisko ştatının həbsxanasında cəzasını çəkirdi.

Daha çox xəbərlər