Gündəm 

“ARB-də 6 saat ərzində yayımlanmayan reklamların pulu işçilərin maaşından kəsilib? – Özəl AÇIQLAMA

Aprel ayında Elgizlə İzlə proqramında xalq artisti Afaq Bəşirqızı söyüş söyməsi mətbuatda gündəmi alt-üst etdi. MTRŞ verilişin xalq artistinin qeyri-etik ifadələrinə görə telekanalın yayımını 6 saatlıq dayandırmaqla cəzalandırdı.

Hadisənin üstündən həftələr keçsə də, mövzu hələ də öz aktuallığını qorumaqdadır.

ARANTV.AZ xəbər verir ki, sosial şəbəkələrdə ARB televiziyasında Elgizin verilişindəki söyüşə görə tək Elgiz və komandası yox, bir çox əməkdaşın cəzalandırılması ilə bağlı məlumatlar yayılıb. Belə ki, yazılanlara görə, 6 saat ərzində yayımlanmayan reklamların pulu işçilərin maaşından tutulub.

Məsələ ilə bağlı “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli BiG.AZ açıqlama verib. O, yayılan məlumatların yalan olduğunu bildirib:

“Efirdə yaşanan hər hansı bir problemə görə günahkar əməkdaşlar cəzalandırılır. Ancaq bu o demək deyil ki, 6 saatlıq dayandırılan efirin yayımlanmayan reklamlarının pulu əməkdaşlardan tutulmalıdır. Xeyir, bu yalan söhbətdir. Belə bir şey ola bilməz. Əməkdaşlar sadəcə gördükləri işlərinə görə məsuliyyət daşıyırlar”.

Daha çox xəbərlər