İkinci dəfə yanan “EuroHome”dan geriyə qalanlar – FOTO/VİDEO
Ötən gün paytaxtın Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə axşam saat 22:51 radələrində başlayan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi tərəfindən 01:30-da tam söndürülüb.
Yanğın xüsusilə taxta, dik, boya, xırdavat materiallar satılan mağazaları əhatə edib.
Mağaza sahiblərinin verdiyi məlumata görə, üçüncü sırada yerləşən təxminən 10-a yaxın mağaza yanaraq kül olub. Onlar mallarının böyük hissəsinin yararsız hala düşdüyünü deyiblər.
Ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
FHN-nin verdiyi rəsmi məlumata görə, sahəsi təqribən 22500 kv.m.-ə yaxın olan bazarın 3300 kv.m. hissəsi yanıb.
Yanğından sonra “Eurohome”dan geriyə qalan görüntüləri təqdim edirik:

