İdman 

İtaliya A Seriyasının bərpa tarixi açıqlandı – RƏSMİ

İtaliya A Seriyasının bərpa tarixi məlum olub.

“Report”un məlumatına görə, bu barədə çempionatın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, liqa iyunun 13-də qaldığı yerdən davam edəcək.

Mayın 18-dən isə klubların kollektiv şəkildə məşqlərə başlamasına icazə verilib.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Daha çox xəbərlər