Renka indidə bu kanalda verliş aparacaq
Tanınmış rəqqasə Renka tamaşaçıların qarşısına fərqli ampulada çıxacaq. ARANTV.AZ xəbər verir ki, Renka tezliklə “Lider” TV-də “Qadınlar nə istəyir” adlı veriliş aparacaq. Adından da göründüyü kimi, proqram xanımlara aiddir. Verilişin ilk buraxılışı oktyabr ayının 6-sı saat 13:00-da yayımlanacaq. Proqramı qaçıranlar isə bazar ertəsi saat 16:00-da təkrarını izləyə bilərlər.

