Siyasət 

UNESCO-da “İslam Əməkdaşlıq Təşkilatı Günü” qeyd olunub

ARANTV.AZ xəbər verir ki, UNESCO-nun mənzil qərargahında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin iştirakı ilə “İƏT Günü” tədbiri təşkil edilib. UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən dəvət edilən ekspert Jan Kristof Bas Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” və onun çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumu barədə məlumat verib. Ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi mühüm töhfələrdən danışılıb.

Daha çox xəbərlər