Gündəm 

Paşinyanın tarixi faktları saxtalaşdırmaq cəhdlərinə Qarabağda atəşlə cavab verək

Guya Nikol Paşinyan bilmirmi ki, Almaniya hökumətinin “arzuolunmaz şəxs” elan etdiyi Məhəmməd Əmin Rəsulzadənin nasistlərlə heç bir əlaqəsi olmayıb?

Sadəcə erməni xislətindən irəli gəlir onun Rəsulzadə barədə hədyanları, saxta ittihamları… Necə ki, Paşinyan və onun kimi …yanlar 1918-ci ildə Azərbaycan əraziləri hesabına yaradılan Ermənistanın “tarixi ərazi”ləri barədə nağıllar uydurmaqdan doymurlar.

Bunlar tarixdə “erməni soyqırımı”nın olmadığını da çox yaxşı bilirlər, amma bir əsrdən artıqdır saxta iddiaları ilə olmayanı olacaq kimi dünyaya sırımağa çalışırlar. Türkiyə dəfələrlə təklif edib ki, 1915-ci ildə nə baş verdiyini bilmək istəyirsinizsə, buyurun, gəlin arxivlərimizi açırıq üzünüzə, araşdırın, oxuyun, gerçəkdən hali olun! Lakin ermənilər imtina edirlər, çünki onlara olmayanlar üzərində oyun qurmaq daha sərfəlidir…

Baxıram ki, bəzi araşdırmaçılarımız da Paşinyanın Rəsulzadəyə çamur atmasına cavab olaraq tarixi faktlara istinad edirlər, heç olmasa, Fransa Strateji Araşdırmalar İnstitutunun professoru Georgi Mamuliyanın bu barədə təksibolunmaz arqumentlərini oxumağı məsləhət görürlər. Paşinyan guya bunları oxuyacaqmı, yaxud oxusa da, “pardon, yanlışlıq oldu” deyib həqiqəti etirafmı edəcək?

Nikol Paşinyan tipik ermənidir, o qədər qırmızı sifətdir ki, hətta Serj Sərkisyanın Xocalı soyqırımı ilə bağlı araşdırmaçı Toms de Valla etirafını (“Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır”-red.) “unudub”, dünyanın gözü qarşısında baş verən dəhşətli cinayətləri elə azərbaycanlıların (!) boynuna qoymağa cəhd göstərdi. N.Paşinyan danışıqların bir mərhələsində “Dağlıq Qarabağın ətrafındakı ərazilər Ermənistana birləşdirilib” – deyən qədər qırmızı adamdır. Bu mənada onun Rəsulzadənin alman faşistləri ilə “əlaqəsi” barədə saxta iddiaları gözlənilməz sayılmamalıdır.

İlham Əliyev və Paşinyanın Münhen görüşü Azərbaycan dilində – TAM ...

Paşinyan “yaralıdır”. Bu il, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində Azərbaycan Prezidentinin sərrast, faktlara söykənən arqumentləri erməni Baş nazirin imicini alt-üst etdi. Məhz Münhen debatından sonra Ermənistanda Paşinyanı lağa qoymağa, ələ salmağa başladılar. Bu mənada bir çox müşahidəçilərdə belə qənaət formalaşıb ki, Paşinyan İlham Əliyevdən qorxur. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri iki gün əvvəl növbəti online mətbuat konfransında bildirib ki, Qarabağ probleminə dair onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərində “açıq və səmimi atmosfer” formalaşıb. Prezident Əliyev Paşinyanın “nöqtə”sinin qarşısına “Nida” qoyduqdan və Münhen debatında onu iflasa uğratdıqdan sonra “açıq və səmimi atmosfer”dən danışmağa da sifət lazımdır. Amma o danışır…

Ermənistan rəhbərliyi çox çətin durumla üzləşib. Azərbaycan Prezidenti hər fürsətdə mötəbər tribunalardan İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması faktını Ermənistan hakimiyyətinin başına çırpır. Üstəlik, bu fakt 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzədə də əksini tapıb.

Sözügedən məruzədə deyilir:

“Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Bu, ermənilərin zəif yeridir. Prezident İlham Əliyevsə faktlara istinad edib həmin abidənin götürülməsini tələb edir. Paşinyan da öz aləmində “əks-arqument” axtarıb Rəsulzadənin timsalında. Amma alınmadı. Necə ki, Münhendə hər dediyi arqument yerindəcə alt-üst edilmişdi, yalan olduğu isbat olunmuşdu…

Nikol Paşinyan bu günlərdə dilindən qarmağa düşdü, babası Nikol Paşinyanla bağlı paylaşım etməklə. Ancaq elə erməni araşdırmaçıların ortaya qoyduğu faktlardan məlum oldu ki, Nijde tək olmayıb, baba Paşinyan da İkinci Dünya Müharibəsi zamanı, 1943-cü ildə nasist Almaniyası sıralarında Qaregin Njdenin SS legionunda vuruşub. Üstəlik, Rusiyanın “magnis.news” portalı onun haqqında “Düşmənlə əməkdaşlıq edirdi, öldürüldü” (29.09.1943) məqaləsini yayımlayıb. Nikol həm də diqqəti özündən yayındırmaq üçün Rəsulzadə ilə nasistlər arasında “əlaqə axtarışı”na çıxıb.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ermənilərin Rəsulzadə ilə özəl “haqq-hesabları” var. Niyə Rəsulzadə? Məgər Paşinyanın babasını Almaniyada olan Rəsulzadə öldürüb? Təkcə ona görə yox ki, Rəsulzadə Batumda olduğundan, 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurasının məcburiyyətdən irəli gələn qərarına səs verməyib və bu qərara qarşı çıxanlardan olub. Paşinyanlar Qarabağ məsələsini 100 il əvvəl “həll etmək” istəyirdilər, amma Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura buna imkan vermədi.

1918-ci ildə Qarabağdakı separatçı-quldur dəstələr məhv edilsə də, sonra onların tör-töküntüləri yenə də baş qaldırdılar. 1920-ci il martın 22-də başlayan Qarabağ əməliyyatı aprelin əvvəllərində Azərbaycan ordusunun zəfəri ilə başa çatdı, suverenliyimiz bərpa olundu. Üstəlik, əməliyyatın rəhbəri general-mayor Həbib bəy Səlimov Bakıya teleqram vurmuşdu: “hərbi yürüş Zəngəzura doğru davam etsinmi?” O vaxt “qırmızı ordu” erməniləri xilas etdi…

Bakının erməni canilərindən azad edilməsini də unuda bilmir bunlar. Odur ki, hələ Rəsulzadəyə çamur atmağa gecikiblər. Ancaq niyə məhz indi? Heç şübhəsiz burada Dağlıq Qarabağda keçiriləcək “inaqurasiya” şousunun da rolu var. Paşinyan Azərbaycanın diqqətini separatçıların keçirdiyi “seçki” oyunbazlığının nəticəsi olaraq təşkil olunacaq “andiçmə”dən yayındırmaq istəyir. Ermənilər hətta koronavirus pandemiyasının yaşatdığı ajiotajdan yararlanıb “dərə xəlvət, tülkü bəy” prinsipindən çıxış edərək Dağlıq Qarabağ separatçılarına “prezident seçdilər”.

Təbii ki, alimlərimiz, siyasətçilərimiz Paşinyanın saxta iddialarına tarixi faktlarla cavab verməlidir. Amma ermənilərin tarixi saxtalaşdırma cəhdlərinə cavab atəşi bizim torpaqlarımızı azad etmək qətiyyətimizə mane olmamalıdır. Kəsəsi, düşmənin Qarabağdakı toyu vaya dönməlidir! Zamanı düşməni təkzib etməyə xərcləməyək…

Elşad Paşasoy,
Musavat.com

Daha çox xəbərlər