Prezident İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mütərəqqi idarəçiliyə və xalqın rifahına xidmət edir.
Qlobal pandemiya təhlükəsinin bütün dünya ölkələri üçün ən böyük problemə çevrildiyi bir vaxtda, ölkəmizdə hələ də sovuşmadığı üçün virusla mübarizə tədbirlərini, maarifləndirmə işlərini davam etdirərək xalqın sağlıq durumunu diqqətdə saxlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin paralel şəkildə ölkədə makroiqtisadi sabitliyin qorunması və inkişafı üçün tədbirləri, sosial-iqtisadi və struktur-kadr islahatlarını davam etdirməsi və bu istiqamətdə qətiyyətli və prinsipial iradə nümayiş etdirməsi xalqın böyük rəğbətinə səbəb olmuşdur. Bəzi mərkəzi və yerli icra hakimiyyəti qurumlarında aparılan DTX və prokurorluq istintaq əməliyyatları nəticəsində ortaya çıxan korrupsiya və rüşvətxorluq əməllərinin ifşa olunması, həmin rayonlıarın İcra başçıları və nazir və xidmət rəisi müavinləri haqqında həbs qəti imkan tədbirlərinin seçilməsi xalqın malına göz dikənlərin aqibətinin necə olacağını göstərir və həqiqətən xalqın ürəyindən xəbər verir. Yeni Baş prokurorun təyinatı ilə bağlı videoformatlı qəbulda ölkədə gedən islahatlara geniş şəkildə toxunan dövlət başçısının çıxışındakı prinsipial mövqe bu istiqamətin xalq iqtidar birliyinin möhkəmləndirilməsinə nə dərəcədə xidmət etdiyini aydın şəkildə göstərir.
Əlbəttə, cəmiyyətin və rəhbər kadrların saf əxlaq və əqidəli, sağlam düşüncəli olması vətəndaşların sağlamlığı qədər dövlətin gələcək taleyinin həlledici amilidir. Və bugünlərdə onların hər ikisinin paralel şəkildə, bir az da dəqiq desək, hətta vahid istiqamət olaraq aparılması bu amilin inkişafına çox böyük təkan verir. Həqiqət və doğru olan budur ki, islahatlar tərəqqiyə aparsın.
Ölkənin siyasi və ictimai həyatının bütün sahələrini əhatə edən bu islahatar miqyasına və nəticəsinə görə bu gün ölkəmizdə ən genişmiqyaslı islahatlardır. Müstəqillik dövründə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilməmişdir. Xalqımız dinamik inkişafı təmin edən bu addımları, aparılan bu mütərəqqi yeniləşmə və yeni keyfiyyət mərhələsinə aparan yanaşmanı yüksək qiymətləndirilir. Bütün bunları beynəlxalq təşkilatlar da görürlər, təhlil edirlər və hazırlanan hesabatlarda Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri seçilməsi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan rəy sorğusunda əhalinin mütləq əksəriyyətinin ölkədəki islahatların rəhbəri olan Prezident İlham Əliyevi birmənalı dəstəkləməsi söylənilənlərin real təsdiqidir.
Bütün Azərbaycan xalqı kimi, bərdəlilər də inanır ki, müasir dövrün çağırışlarına cavab verən, cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edən bu addımlar davamlı olacaq və ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcəkdir.

