Cəmiyyət 

Azərbaycanlılar Moskvada havaya “böyük nar” buraxacaqlar

Nar formasında nəhəng aerostat azərbaycanlıların Nar bayramı ərəfəsində oktyabrın 6-da Moskvanın Yekaterininsk parkından havaya buraxılacaq.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, qonaqlara nardan hazırlanmış içkilər, şirniyyatlar və digər məhsullar təqdim ediləcək.

Bundan başqa, festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, İran, Türkiyə, Ərəb və Tacikistan mətbəxinin yeməkləri təqdim olunacaq.

Tədbir zamanı müxtəlif oyunlar və yarışmalar keçiriləcək. Səhnədə Azərbaycanın əməkdar mədəniyyət xadimi Boris Şvartsman, “Səs Azərbaycan” və “AzəriStar” yarışmasının qalibi Ülkər Şahbazova, “Qarabağ” rəqs qrupu və digərləri çıxış edəcək.

Daha çox xəbərlər