Sosial 

“Azərbaycanda karantin dövründə miqrantların evdən çıxmasında problem olmayıb”

Azərbaycanda miqrantların xüsusi karantin dövründə SMS yazaraq evdən çıxması ilə bağlı heç bir problem olmayıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən onlayn brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, ölkəmizdə yaşamaq icazəsi olan şəxslər şəxsiyyət vəsiqəsinin kodunu 8103-ə göndərməklə evdən çıxa bilirdilər:

“Vizasız şəxslər isə internet üzərindən bu müraciətləri edə bilirdilər. Bu sahədə heç bir problem olmayıb. Həmin şəxslərdən heç kim karantin dövründə problemlə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməyib”.

Daha çox xəbərlər