Avstriyada bıçaqlı şəxs insanlara hücum çəkdi: 5 nəfər yaralanıb
Avstriyanın Baden şəhərində bıçaqla silahlanmış şəxs bir neçə nəfərə hücum edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, nəticədə beş nəfər xəsarət alıb.
Qeyd olunur ki, hücum edən şəxs özü də yaralanıb.
Polis onu saxlayıb, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

