Azərbaycan çempionatında bir dəqiqəlik sükut olacaq
“Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımovun faciəvi vəfatı ilə əlaqədar çempionat oyunlarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq.
ARANTV.AZ xəbər verir ki, bu sükut AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin keçirdiyi bütün turnirlərin matçlarına şamil ediləcək.
Yəni, Peşəkar Futbol Liqasının keçirdiyi I divizion və Premyer Liqa matçlarında sükut olmayacaq.
Qeyd edək ki, Ayxan Qasımov iki gün əvvəl avtomobil qəzası zamanı vəfat edib.
oxu.az

