Muxtar Babayev bu nazirliyin daha bir kadrına YÜKSƏK VƏZİFƏ VERDİ – FOTO
Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni şöbə müdiri təyin edilib.
ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə Namik Xıdırov nazirliyin audit şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Namik Xıdırov bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə Şöbəsində sektor müdiri vəzifəsində çalışıb.Bundan əvvəl isə sözügedən vəzifəni Fərid İslamov icra edirdi.


