Bakıda bir gecədə 3 nəfər bu səbəbdən öldü – RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, mayın 22-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin – paytaxt sakini Azər Bədirli hadisə yerində ölüb.
Eyni saatda Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə vurub, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəyib. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilib. F.İsgəndərov orada ölüb.
Daha bir ağır qəza gecə saat 1 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.Publika.az

