Siyasət 

Milli Məclis Prezidenti və Birinci vitse-prezidenti təbrik etdi

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Musavat.com-un məlumatına görə, bu barədə spiker Sahibə Qafarova parlamentin plenar iclasının yekununda təklif səsləndirib.

Milli Məclis Sədrinin təşəbbüsü deputatlar tərəfindən alqışlarla qarşılanıb. Spiker deputatları və media nümayəndələrini də bayramlar münasibətilə təbrik edib.

Daha çox xəbərlər