Cəmiyyət 

“Poyeziya günü”nə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə 19 saylı tam orta məktəbində “Poyeziya günü”nə həsr olunmuş tədbir keçirilib. ARANTV.AZ-ın məlumatına görə, qəsəbə kitabxanasının dəstəyi, Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Hacı Zeynalabdin qəsəbədə Poyeziya Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə qəsəbə İcra Nümayəndəliyinin müavini Ramil Əliyev, Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov, 19 saylı orta məktəbin direktoru Pərvanə Ramazanova, qəsəbə Ağsaqqallar Şurasının üzvləri, qəsəbənin şair və yazıçılar, eləcə də qəsəbənin müxtəlif məktəblərindən olan müəllim və şagirdlər iştirak ediblər. Poyeziya Gününə həsr edilməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Daha çox xəbərlər