Hadisə 

Sumqayıtda 34 yaşlı qadın FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ – YENİLƏNİB

Sumqayıtda intihar hadisəsi baş verib.

ARANTV.AZ-ın report-a istinadən məlumatına görə, hadisə 6-cı mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsayeva Vüsalə Bəşir Qızı özünü yaşadığı 6-cı mikrayon, 35 saylı binanın damından ataraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıt şəhərində intihar etdiyi bildirilən qadının yıxılaraq öldüyü məlum olub.

ARANTV.AZ xəbər verir ki, bu barədə “Report”a ölən şəxsin yaxınları məlumat verib.

Məlumatda bildirilib ki, 34 yaşlı Vüsalə İsayeva yaşadığı evin pəncərəsinin şüşələrini silən zaman ehtiyyatsızlıq edib və yıxılaraq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər