“İnterpol”un rəhbəri yoxa çıxıb – YENİLƏNİB
İntkin düşdüyü deyilən “İnterpol”un rəhbəri Men Xunveyin Çin xüsusi xidmət orqanları tərəfindən saxlanıldığı bildirilib.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı “South China Morning Post” nəşri məlumat yayıb.
Məlumatda onun saxlanma səbəbi açıqlanmasa da, Xunvey barəsində istintaq aparıldığı qeyd edilib.
14:59
Fransa polisi “İnterpol”un rəisi Men Xunveyin itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı “Independent” məlumat yayıb.
Bildirilib ki, 64 yaşlı Men Xunvey sentyabrın 29-da Çinə getdikdən sonra əlaqəyə çıxmır.
Onun itkin düşməsi ilə bağlı məlumatı Lionda yaşayan həyat yoldaşı verib.
Xunvey 2016-cı ildə “İnterpol”un prezidenti seçilib.
oxu.az

