Köhnə ədavət çay evində qanlı sonluqla nəticələndi
ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilən Abbasov Xəyal Xudaverdi oğlunun məhkəmə prosesinə hakim Cavid Hüseynov sədrlik edəcək.
Qeyd edək ki, ağır cinayət hadisəsi bu il iyun ayında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Nuriyev Emil Cəmil oğlu naməlum şəxs tərəfindən 9 bıçaq zərbəsi alıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abbasov Xəyal Xudaverdi oğlu saxlanılaraq Sumqayıt şəhər prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı məlum olub ki, Xəyal ilə Emil arasında köhnədən ədavət olub. Hadisə baş verən gün isə çay evində üz-üzə gələn tanışlar aralarında olan ədavətə son qoymaq üçün təkbətək söhbət ediblər. Nəticədə Xəyal üzərində gəzdiridiyi bıçaqla Emilə 9 bıçaq zərbəsi vuraraq onu həyatdan məhrum edib.ölkə.az

