İmtahanlarda keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA
“Keçid ballarını biz formalaşdırmırıq. Ballar müsabiqə zamanı formalaşır. Müsabiqəyə buraxılma şərtləri Nazirlər Kabinetinin müvafiq sənədi ilə müəyyənləşir və dəyişiklik yoxdur”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Sədr bildirib ki, martdan bəri tədris olunmayan mövzular proqramdan çıxarılıb:
“Ötən il IX və XI sinif buraxılış imtahanlarında 24 açıq sual idi, bu il isə 12 sual oldu. Bu da bir növ imtahanın formatını sadələşdirməkdir.
Bundan başqa, hansı sadələşmə və hansı güzəştləri gözləyirsiniz?! Biz başa düşürük ki, çətindir və şagirdlərdə psixoloji gərginlik yaranıb. Amma onlara elan edilib ki, imtahan formatında dəyişikliklər olub. Bundan artıq heç nə edə bilmərik”.Oxu.Az

