Bu ilin dörd ayı ərzində qeyri-neft ixracının STATİSTİKASI – RƏSMİ
Cari ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,4 milyon ABŞ dolları olub.
ARANTV.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “İxrac İcmalı”nın 2020-ci ilin may sayı ilə bağlı keçirdiyi canlı yayımda deyib.
Belə ki, yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa, beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.Oxu.Az

