Milli Məclisə gələn jurnalistlərdən tibbi maska taxmaq tələb olunur
Bu gün Milli Məclisin plenar iclası ilə əlaqədar parlamentə gələn jurnalistlər mütləq tibbi maska taxmalıdır.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbərdarlıq edib.
Xəbərdarlıqda qeyd edilib ki, jurnalistlər plenar iclasda iştirak edərkən mütləq tibbi maskadan istifadə etməlidirlər.

