Gündəm 

Kimya Qoşunlarında xüsusi texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub – VİDEO

ARANTV.AZ xəbər verir ki, Kimya Qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümi istismarı şəraitinə keçidi təşkil olunub.
Müxtəlif təlim nöqtələrində keçirilən məşğələnin əsas məqsədi xüsusi texnikalara mövsümi qulluq göstərilməsi zamanı hərbi qulluqçular tərəfindən görüləcək işlərin həcmini və ardıcıllığını praktiki şəkildə nümayiş etdirmək, eləcə də bu sahədə şəxsi heyətin bilik və bacarıqlarını artırmaq olub.
Hərbi hissənin sıra meydanı və parkında keçirilən məşğələdə texniki heyət məşğələ rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirib.

Daha çox xəbərlər