Bu gün AŞPA-nın payız sessiyası başlayır
ARANTV.AZ xəbər verir ki, bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır. Azərbaycan nümayəndə heyətinin də təmsil olunacağı sessiyanın ilk iş günündə Assambleyanın sədri çıxış edəcək, büronun və daimi komitənin hesabatları dinləniləcək. Eyni zamanda, sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın Baş nazirinin müavini- xarici və Avropa işləri üzrə naziri Mariya Buriç komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verəcək. Bundan başqa, Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq. Sessiyada Parlament Assambleyasının səlahiyyətlər və səsverməyə dair qərar qəbuletmə prosesinin möhkəmləndirilməsi, quruma üzv ölkələrdə qaçqın və miqrantların ailə üzvlərinin birləşməsinə dair müzakirələr aparılacaq. Payız sessiyası oktyabrın 12-dək davam edəcək.

