Cəmiyyət Region Xəbərləri 

Bərdə şəhər 8 saylı tam orta məktəbdən valideyin şikayəti-Foto

Bərdə şəhər 8 saylı tam orta məktəbdən valideyin şikayəti

Müxtəlif adlarla şagirdlərdən pul yığılır

ARANTV.AZ xəbər verir ki, bu barədə Bərdə şəhər sakini Mirələm Əhmədov özünün istaqram səhifəsində yazıb. Bildirib ki, uşağı Bərdə şəhər 8 saylı məktəbin ikinci sinifində oxuyur. Dərs açılandan bu yana 13 gün ərzində müxtəlif adlar altında xeyli pul xərcləyib. Xərclər isə belə olub: 6 manat test, 1 manat təhlükəsizlik xidməti,2 manat isə şagirdlərin adı yazılmış dəftər üzlüklərinə görə uşağa pul verib.

Seyid Mirələm yazır ki, vəziyyətə uyğunlaşmaq lazımdır. O bu ilin ötən ilkindən fərqli olacağını, gələn il məktəblərdə belə neqativ halların olacağını da gözləmirmiş. Ancaq indi fikirləşir ki,yeganə çarə Allahın verdiyi səbrdir.İl-ildən yaxşı gəlmək əvəzinə pis olur.

Sonda valideyn Allahdan pul istəyirki, məktəbdəki tələb edilən xərcləri qarşılaya bilsin.

Onu da qeyd edək ki, adı çəkilən məktəbin direktoru Qəmbər Ağayevdir.

Daha çox xəbərlər