Özbəkistanın paytaxtı Daşkənddə “TEFİ SODRUJESTVA” 8-ci Beynəlxalq Televiziya Festivalı keçirilib
ARANTV.AZ xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə “TEFİ SODRUJESTVA” 8-ci Beynəlxalq Televiziya Festivalı keçirilib. 3 gün davam edən festivalda Azərbaycan da təmsil olunub. Azərbaycan Televiziyasının təqdim etdiyi, Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilən “Pəncərədən düşən işıq” sənədli filmi festivalın mükafatına layiq görülüb. Qeyd edək ki, filmin prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, senari müəllifi və rejissoru Oleq Şommerdir.

