Cəmiyyət 

4 uşaq anası övladlarını qonşuya verib evdən qaçdı – Azərbaycanda – FOTO

Azərbaycanda 4 uşaq anası olan Rövşanə Camalova oktyabrın 3-də övladlarını atıb və qaçıb.

ARANTV.AZ  xəbər verir ki, bu haqda R.Camalovanın anası Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişində məlumat verib.

Ana bildirib ki, kürəkəni zəng edib deyib ki, Rövşanə uşaqları qonşuya qoyub gedib:

“Guya qızım qonşuya deyib ki, evi təmizləyirəm. Qurtarıb gəlib götürəcəm. Uşaqlar gözləyib ki, anaları gəlib götürəcək. Analarının gəlmədiyini görən uşaqlar evə gəlib, görüblər ki, qızım evdə yoxdur. Qızım boşanmaq istəyirdi, qoymadım. Deyirdi ki, ərim məni öldürür. Mənə işgəncələr verir. Maaşını belə qızıma göstərməyib. Əri fəhlə işləyir. Qızım həyat yoldaşını istəmirdi. Biz vermişik. Kürəkənim deyir ki, gərək onu şikəst edərdim, evdən qaça bilməzdim. Qızım 8 il ərzində işgəncələr görüb. Kürəkənim içib gəlib məni də döyüb. Amma qızımın ailəsini dağıtmamışam”.

Ananın danışığı verilişdəki ekspertlərin narazılığına səbəb olub. Ekspertlər ananı qızına sahib çıxmamaqda günahlandırıb.

Aysel Yusifqızı
4 uşaq anası övladlarını qonşuya verib evdən qaçdı - Azərbaycanda - FOTO

big.az

Daha çox xəbərlər