Qaxda 56 yaşlı kişi intihara cəhd etdi
Qax rayonunda 56 yaşlı kişi intihara cəhd edib.
ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Lələpaşa kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü İbrahim Mahmud oğlu Abdurahmanov ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.
Xəstəxanadan “Report”a bildirlib ki, 56 yaşlı İbrahim Abdurahmanov özünə məxsus bağda intihara cəhd edib. Son anda yaxınları tərəfindən xilas edilib.
Faktla bağlı araşdırma aparılır.

