Qəbələdə “VAZ” körpüdən aşdı: 2 nəfər öldü
Qəbələ rayonunun Həmzəli kəndində “VAZ” markalı minik avtomobili körpüdən aşaraq qəzaya uğrayıb.
ARANTV.AZ xəbər verir ki, hadisə yerinə cəlb olunmuş şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1987-ci il təvəllüdlü Əzimov Qulu Əhməd oğlunun və sərnişin, 1995-ci il təvəllüdlü İmanov Vüqar Mahir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
publika.az

