Hadisə 

Cəlilabadda təkəri partlayan avtomobil aşdı: yaralı var

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin təkəri partlayıb və avtomobil aşıb.

Qəza nəticəsində avtomobilin sərnişini – Masallı rayon sakini 1970-ci il təvəllüdlü Rufullayev Qürbət Əlixan oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər