Sosial 

Azərbaycan polisinə hörmətsizlik dövlətə və onun atributlarına hörmətsizlikdir

Sərt karantin günlərində 20 hamilə qadını xəstəxanaya çatdıran, bir xanımı bacısının dəfninə öz maşınında aparan, yeməyini imkansız vətəndaşla bölən, kimsəsiz qocanın evinə çörək alıb gətirən polislərimizi kimlər və niyə qaralamaq istəyirlər?

Bəşəri bəlaya çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə indi hər bir vətəndaşın ən azı vicdan borcudur. Ona görə ki, bu bəladan qorunmaq, eyni zamanda, yaxın ətrafının, ailə üzvlərinin, qohumlarının, iş yoldaşlarının həyatının qorunması üçün mühüm şərtdir.

Məhz buna görə də hətta dünyanın ən fövqəlgüc ölkələri sərt karantin tədbirləri həyata keçirdilər. Xüsusilə Avropanın bəzi ölkələrində  bir aya yaxın evdən çölə çıxmamaq haqqında qərarlar verildi. Nəticədə virusa yoluxanların sayında və ölüm hallarında ciddi azalma baş verdi.

Ölkəmizdə də koronavirus təhlükəsinə qarşı görülən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığına, ölkəmizin COVID-19 epidemiyasından mümkün qədər az itkilərlə çıxmasına yönəlib. Düzdür, Azərbaycan Prezidenti İlham Əliyevin məhz bu qlobal bəlanın genişlənməsini əngəlləmək üçün vaxtında atdığı addımlar ciddi fəsadların qarşısını almışdır.

Lakin son bir neçə gündə ölkəmizdə pandemiyaya yoluxanların sayının artması daha ciddi qərarların verilməsini zəruri etmişdir. Bu mənada, 2020-ci ilin iyunun 6-sı saat 00:00-dan, iyunun 8-i  saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilmişdi. Qərara alınmışdı ki, sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilərlər.

Kütləvi informasiya vasitələrində bu barədə maarifləndirici məlumatlar ictimailəşdirilməklə yanaşı, daxili işlər orqanlarının əməkdaşları gün ərzində xüsusi səsgücləndiricilər vasitəsilə vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etmələri barədə çağırışlar ediblər.

Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlar məsuliyyətsiz davranaraq karantin qaydalarını pozmaq üçün müxtəlif vasitələrə əl atıblar. Belələri sanki qaydaları pozmaqla, heç bir zərurət olmadığı halda küçələrdə gəzməklə, hündürmərtəbəli binaların damında nərd, domino oynamaqla, manqalda kabab bişirməklə, bir sözlə, polisin qanuni tələbinə riayət etməməklə, hətta bəzi hallarda asayiş keşikçilərinə müqavimət göstərməklə, öz vəzifə borclarını yerinə yetirən polislərimizin üzərinə hündürmərtəbəli binaların balkonlarından zibil atmaqla özlərini «bərkgedən» kimi göstərməyə çalışıblar.

Təbii ki, bütün bu hallar qanun pozuntusudur və buna qarşı mübarizə aparmaq polisin bilavasitə vəzifəsidir. Öz xidməti borcunu yerinə yetirən qanun keşikçisinə hər hansı formada mane olmaq, ona hücum çəkmək daha böyük məsuliyyət yaradan əməldir. Təəssüflər olsun ki, ötən şənbə və bazar günlərində biz bu kimi halların da şahidi olduq. Ən acınacaqlısı isə odur ki, bəzi sosial şəbəkə istifadəçiləri qanuni vəzifələrini həm də  qızmar günəş altında yerinə yetirən polislərimizə dəstək olmaq, asayiş keşikçilərinin haqlı tələbinə tabe olmayanları qınamaq əvəzinə, sərt karantin rejiminin tələbini pozanlara qarşı mübarizə aparan polislərimizi haqsız qınaqa məruz qoyurlar.

Ancaq anlamırlar ki, məhz ötən şənbə-bazar günləri evdən çıxmamaq kimi sərt karatin tədbirlərində Azərbaycan polisinin  humanistliyindən yazmağa qısqanclıq ediblər. Belə ki, təkcə ötən şənbə və bazar günləri xroniki xəstəliyi olan, yaralanan şəxsləri, qolu sınan azyaşlını xəstəxanaya çatdıran, jurnalistin xəstə anasına, 20 hamilə qadına yardım edən, öz yeməyini yaşlı qadınla bölüşən, övladının qidasını xəstə uşaq üçün gətirən, bacısının dəfninə getmək istəyən qadına kömək edən polis qardaşlarımızı görməzlikdən gəliblər.

Sual olunur: niyə məhz bəzi sosial şəbəkə istifadəçiləri dünyanı yalnız qara rəngdə görmək niyyətindədirlər? Niyə onlar yaxşıları da görmək də, onları təbliq etmək də xəsislik edirlər? Axı onlar da insandırlar, axı onlar da azərbaycanlıdırlar, axı onlar da bu ölkənin, bu torpağın nemətlərindən bizimlə birgə yararlanırlar.

Bütün hallarda xırda-para qüsurları nəzərə almasaq, həm məsuliyyətli vətəndaşlarımız, həm də öz vəzifə borclarını yerinə yetirən  polislərimiz bu çətin günlərdən üzüağ çıxdılar. Əslində, polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qanun pozuntusu sayılır. Təbii ki, bu kimi qanunsuzluqları edənlər anlamalıdırlar ki, onlar cəzasız qalmayacaqlar.

Bir neçə gün əvvəl metroda da bənzər olay baş vermişdi. Qərar qəbul olunub ki, metroda maska geyinilməlidir, virusdan ancaq bu cür qorunmaq olar. Polis maskasız vətəndaşı vaqondan çıxarmağa çalışdıqda bir neçə nəfər polisə müqavimət göstərdi. Daha sonra həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundular. Eləcə də bazar günü polisin üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb olundular. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdehlik daşımayacaqlarını düşünə bilərlər.

Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Yeni Yasamal yaşayış massivində polislərin başına zibil tökən insanların tapılıb məsuliyyətə cəlb olunması üçün keçirilən əməliyyat zamanı vətəndaşa qarşı yersiz və kobud sözlər deyən polis əməkdaşı dərhal cəzalandırılaraq işindən azad edilib. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmiləri məlumat veriblər. Bu, bir daha göstərir ki, vətəndaşın hüquq və ləyaqətinin qorunması DİN rəhbərliyinin əsas məqsədidir.

Eyni zamanda, ötən günlərdə Azərbaycan polisinin küçədə dövlət himnimizin çalınması zamanı xidməti avtomobillərindən d və sayğısından qaynaqlanır. Bu, həmin Azərbaycan polisidir ki, Qarabağ müharibəsində minlərlə şəhid verib, minlərlə əlil olub. Bir sözlə, Azərbaycan polisi elə Azərbaycan dövlətinin özüdür. Onun uniformasındakı üçrəngli bayrağımız, gerbimiz ona görə mövcuddur ki, Azərbaycan polisi elə dövlətin bir atributu deməkdir.

Hətta bir çox inkişaf etmiş ölkələrdə çox mühüm bir qanun qüvvədədir- polis uniformasında olan şəxsə istənilən təhqir dövlət rəmzlərinin təhqiri kimi qarşılanır. Çünki onun mundirində, uniformasında dövlətin atributu-bayrağı var və o polis o bayrağı, o gerbi təmsil edirsə, sən ona, onun qanuni tələblərinə hörmətlə yanaşmalısan. Yox, əgər polisə hücum edərsənsə onda dövlətə, onun qanunlarına hücum etmiş olarsan.

Bu gün demokratiya məskəni hesab edilən Amerikada, hətta Avropada polislərin sadə vətəndaşa qarşı törətdikləri elə vəhşilikləri görəndə insan dəhşətə gəlir. Biz onların bu vəhşiliklərinə rəğmən bizim polislərimizin humanist addımlarına, vətəndaşlarımıza qarşı sayğılı və hörmətli davranışlarına rəğbətlə yanaşırıq.

Məhz bu gün ölkəmizdəki dağıdıcı müxalifət bu məsələdə də öz simasını göstərir. Onların sahiblik etdikləri sosial şəbəkələr və saytlar iyunun 8-dən polisə müqavimət görüntülərini «igidlik» kimi təbliğ edirlər. Hətta qondarma «Milli Şura»nın Amerikadakı rəhbəri Cəmil Həsənli orada qaradərilinin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə, Azərbaycan polisini gözdən salmağa  çalışır. Halbuki, Azərbaycan polisi vətəndaşı qanuna riayət etməyə çağırır, bu olmadıqda qanunun ona verdiyi imkanlar çərçivəsində vəzifəsini yerinə yetirir. Daha kimsənin boğazını sıxaraq boğub öldürmür.

Elçin Zaman,

«İki sahil»

Daha çox xəbərlər