Dünya 

700 mindən çox insan fəlakət zonasında köməksiz qalıb

Çinin Szyansi vilayətində 720 min nəfər fəlakət zonasında köməksiz vəziyyətdə qalıb.

Yağan şiddətli yağışlar nəticəsində vilayətin müxtəlif ərazilərində daşqınlar meydana gəlib.

TASS xəbər verir ki, bölgədə bir sıra binalar dağılıb, yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi kəsilib.

Zərərin məbləği 100 milyon dollar həcmində qiymətləndirilir.

Daha çox xəbərlər