Bərdə regional ədliyyə idarəsi məktəbdə açıq dərs təşkil edib
Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən rayon Qeydiyyat şöbəsinin əməkdaşları ilə birlikdə Bərdə rayon H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin yuxarı sinif şagirdləri üçün ədliyyə tarixinə həsr olunmuş açıq dərs təşkil edilmiş, habelə elektron xidmətlərin təqdimatı keçirilmişdir. Bu barədə məlumatı adıçəkilən idarə yayıb.
ARANTV.AZ xəbər verir ki, Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Ədliyyə Nazirliyi Kolegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Bərdə regional ədliyyə idarəsi tərəfindən müvafiq tədbirlər ilin sonunadək davam etdiriləcəkdir.

Belediyye.info

