Dünya 

Türkiyədə 2,5 milyona yaxın insan koronavirus testindən keçirilib

Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 10-da ümumilikdə 36 min 521 nəfər yoxlamadan keçirilib. Onlardan 922 nəfərdə virus aşkarlanıb. Gündəlik yoluxma dünənki ilə müqayisədə 71 nəfər azdır.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, gün ərzində 2241 nəfər sağalıb, 17 nəfər dünyasını dəyişib. Son günlər gündəlik yoluxma və ölüm halında azalma müşahidə olunur.

Bu vaxtadək 2 milyon 451 min 700 nəfər koronavirus testindən keçirilib. Onlardan 173 min 36 nəfərdə virus aşkar olunub. Hazırda 631 nəfər reanimasiyada, 280 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. Hər iki halda artım var. İndiyədək bu virusdan 4 min 746 xəstə dünyasını dəyişib, 146 min 839 xəstə sağalıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iyunun 9-da keçirilən Türkiyə hökumətinin növbəti iclasında yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı məlum məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı normallaşma prosesinə dair qəbul edilmiş qərarlar açıqlanıb.

Daha çox xəbərlər