Hindistanda COVID-19-dan sağalanların sayı yoluxanların sayını ilk dəfə üstələyib
Hindistanda yeni növ koronavirusdan (COVID-19) sağalanların sayı xəstələrin sayını ilk dəfə üstələyib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, ötən gün ölkədə COVID-19 infeksiyasına 9985 yeni yoluxma halı və 279 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 276 min 583 nəfərə, ölənlərin sayı isə 7745-ə çatıb. Bildirilir ki, indiyədək xəstəlikdən 135 min 205 pasiyent sağalıb. Hazırda Hindistandakı aktiv xəstələrin sayı 133 min 632 nəfərdir. Sağalma göstəricisi 48,99 faizdir.
Qeyd edək ki, Hindistan virusa yoluxma hallarının ümumi sayına görə, dünyada 6-cı yerdədir. Ən pis vəziyyət Maharaştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

