Almaniyanın “Travellers Archive” turizm internet jurnalında ölkəmizlə bağlı məqalə dərc olunub
ARANTV.AZ xəbər verir ki, Almaniyanın “Travellers Archive” turizm internet jurnalında ölkəmizlə bağlı məqalə dərc olunub. “Azərbaycan hər addımda heyrətləndirir” adlı yazıda bildirilir ki, ölkə qeyri-adi turizm marşrutudur. Mədəni və coğrafi baxımdan fəqlənir. Məqalədə dilimiz, adət-ənənələrimiz, milli mətbəximizdən bəhs olunur, ölkəmizin multikulturalizm ənənələri barədə geniş məlumat verilir. Qeyd edilir ki, Azərbaycanda tolerantlıq, dini dözümlülük hökm sürür. Müxtəlif dinlərin nümayəndələri birgə dinc yaşayırlar.

