Mağazadan oğurluq edən şəxs tutuldu – FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq, oradan noutbuk oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi əməli etiraf edib.
Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

