Dostunu timsahın ağzından xilas etdi – ANBAAN VİDEO
Hindistan sakini dostunu timsahın ağzından xilas edib.
Bununla bağlı videonu “Times Now News” saytı yayımlayıb.
Məlumata görə, dostu Qajendra ilə Kaliasot gölməçəsində üzən yerli sakin Amit timsahın hücumuna məruz qalıb. Yırtıcı onu ayağından dişləyərək, suyun dərinliyinə dartıb. Gajendra isə cəld hərəkətlə dostuna tərəf üzərək onu tutub və batmağa qoymayıb. Daha sonra ağır yaralanmış dostunu sahilə çıxarıb və xəstəxanaya çatdırıb.
Hazırda yaralının həyatının təhlükədə olmadığı bildirilir.

