Sosial 

Bakının daha bir rayonunda su problemi həllini tapdı – AÇIQLAMA

Bakının Xətai rayonu ərazisində sakinlər su problemindən şikayət edir.

ARANTV.AZ-ın xəbərinə görə, bu barədə redaksiyamıza sakinlər tərəfindən məlumat verilib.

Söhbət rayonun Nəsirəddin Tusi 31, Kənd Əhmədli ərazilərindən gedir.

Ərazidə dünəndən suyun verilişində məhdudiyyətlər olduğu bildirilib.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazilərdə hazırda heç bir problem yoxdur:

“Sözügedən ərazilərə rejimlə içməli suyun verilməsi təmin edilir. Su anbarında nasoslar səhər saat 06:00-da işə salınır. Ola bilər ki, bəzi binalara suyun qalxması zaman alsın, amma bu dəqiqə həmin ərazilərə normal təzyiqlə su verilir”.

Daha çox xəbərlər