Gündəm 

Nyu-Yorkdan 217 Azərbaycan vətəndaşı Bakıya gətirildi – FOTO

Bu gün ABŞ-ın Nyu-York şəhərindən Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, müəyyən edilmiş prosedura əsasən, sözügedən reysin sərnişinləri karantinə yerləşdiriliblər.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.

Daha çox xəbərlər