İdman 

Azərbaycanda iki oyunda səkkiz qol vuruldu

Azərbaycanda daha iki futbol qarşılaşması keçirilib.

ARANTV.AZ xəbər verir ki, Premyer Liqa klubları iyunun 21-də bərpa olunacaq çempionat oyunları ərəfəsində qüvvələrini sınayıblar.

Bir görüş Zirə qəsəbəsində, digər matç isə Sumqayıtda baş tutub. “Zirə” – “Səbail” oyunu 2:2 hesabı ilə başa çatıb. Meydan sahiblərindən qolları Ağabala Ramazanov (15-ci dəqiqə), botsvanalı Mfo Kqasvane (69), qonaqlardan isə qanalı Maykl Esyen (30) və Turan Manafov (49) vurub.

Maraqlıdır ki, Sumqayıtdakı qarşılaşma da eyni hesabla nəticələnib. “Sumqayıt” – “Qəbələ” oyununda meydan sahiblərindən Elvin Cəfərquliyev (7), Amil Yunanov (73), qonaqlardan isə Roman Hüseynov (40) və slovenəsilli fransalı Nikolas Raysel (59, penalti) fərqlənib. Sumqayıt klubunda çıxış edən iranlı legioner Mehdi Şərifi 35-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, daha əvvəl yoxlama görüşlərində “Qarabağ” “Sabah”ı 5:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib.Oxu.Az

Daha çox xəbərlər