Bakıda daha bir AVTOBUS FACİƏSİ: 1 ölü
Dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan qadının həyatını xilas etmək mümkün olmayıb.
ARANTV.AZ xəbər verir ki, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu aşırıb. Nəticədə sürücü və sərnişinləri – Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilmiş, Q.Salayeva orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
publika.az

