Dünya 

Ermənistanda fövqəladə vəziyyətin müddəti uzadıldı

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 13-dək uzadılıb.

ARANTV.AZ Trend-ə istinadən əbər verir ki, bu barədə hökumətin iclasında qərar qəbul edilib.

Qeyd edək ki, ölkədə martın 16-da elan edilmiş fövqəladə vəziyyət bir neçə dəfə uzadılıb. Hazırda qüvvədə olan fövqəladə vəziyyə rejimi iyunun 13-də başa çatmalı idi.

Bu günədək Ermənistanda 15 mindən çox şəxs koronavirusa yoluxub, 258 nəfər vəfat edib.

Daha çox xəbərlər