Sumqayıtda naməlum kişi meyiti tapılıb
Sumqayıt dənizkənarı bulvarının sahilində naməlum kişi meyiti aşkar edilib.
ARANTV.AZ bildirir ki, meyitin üzərində heç bir sənəd olmayıb. Həmin şəxsin 50-55 yaşlarında kişi olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyəti müəyyənləşdirilir. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Milli.Az

