Bu ölkədə tibbi maskalardan istifadə qaydaları sadələşdirilir
İyunun 15-dən etibarən Avstriyada COVID-19 məhdudiyyətlərinin bir qismi ləğv ediləcək.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, həmin tarixdən etibarən ticarət obyektlərində, kafe və restoranlarda, eləcə də otellərdə tibbi maskalardan istifadə öhdəliyi aradan qaldırılacaq. İctimai nəqliyyat, səhiyyə obyektləri və apteklərdə, eləcə də sosial məsafənin saxlanması mümkün olmayan yerlərdə (bərbərxana və gözəllik salonları) bu öhdəlik qüvvədə qalacaq. Qastronomiya obyektlərində müştərilər tibbi maskadan azad olsalar da, şəxsi heyət maskadan istifadəni davam etdirməlidir. Eyni zamanda, kafe və restoranların iş saatı da 23:00-dan 01:00-dək uzadılıb.
Avstriya Federal Səhiyyə Nazirliyindən bildirilib ki, eyni evdə yaşamayan insanların bundan sonra da aralarında bir metrlik məsafə saxlaması tövsiyə olunur.

