Sərt karantin rejimi başa çatdı
Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi ilə bağlı tətbiq edilən sərt karantin rejimi başa çatıb.
ARANTV.AZ xəbər verir ki, adıçəkilən ərazilərdə sərt karantin rejimi başa çatsa da xüsusi karantin rejimi qalmaqda davam edir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq etmişdi.“İki sahil”

