Poliqonda PARTLAYIŞ: yaralılar var
Rusiyanın Novosibirsk vilayətində hərbi poliqonda partlayış baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, partlayış faktının vilayətin Mərkəzi Hərbi İdarəsinin mətbuat xidmətindən təsdiq ediblər.
Məlumata görə, partlayış təhlükəsizlik tədbirlərinin kobud pozulması nəticəsində artilleriya mərmisinin partlaması ilə baş verib. Hadisə nəticəsində 4 hərbçi yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, həyatı təhlükələri yoxdur.Hərbi idarənin komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə fakt üzrə araşdırmalara başlayıb.

