İdman 

“Qarabağ”ın formasında görüntülənən futbolçu 25 min dollar cərimələndi – İDDİA

“Neftçi”nin futbolçusu Baqaliy Dabo klub tərəfindən cəzalandırılıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Neftçi”nin fan-klub səhifəsi məlumat yayıb.

Xəbərdə onun bir aylıq maaşın;n tutulması və bunun 25 min dollar təşkil etdiyi qeyd olunub.

Qeyd edək ki, Kiprin “Apollon” klubuna keçməyə yaxın olan Seneqal əsilli fransalı hücumçunun türk həyat yoldaşı Tuğba bu yaxınlarda ərinin “Neftçi”nin əzəli rəqibi “Qarabağ”ın formasında videosunu paylaşıb və “bu forma ilə həqiqətən yaxşıdır” sözlərini yazıb.

Bu şəklin sosial şəbəkədə üzə çıxması klub rəhbərliyinin qəzəbinə səbəb olub. “Neftçi” iki gün əvvəl rəsmi saytı vasitəsilə onu cəzalandıracağını açıqlayıb.

 

Oxu.Az

Daha çox xəbərlər