Hadisə 

Bakıda səkkiz nəfər köməksiz qaldı: Üçü azyaşlıdır

Ötən sutka ərzində Bakıda səkkiz nəfər köməksiz qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı dörd müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən üçü azyaşlı olmaqla səkkiz nəfərin liftdən çıxarılması təmin edilib.

Daha çox xəbərlər