İdman 

Vaqif Sadıqov: “Operativ qərargahın həftəsonu qadağaları futbolçuları pis duruma saldı” – VİDEO

İTV-də yayımlanan “3D” proqramının aparıcısı Dadaş Dadaşlinskinin qonağı AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov olub.

Oxu.Az xəbər verir ki, verilişin əsas mövzusu onun mətbuata Azərbaycan Premyer Liqasının bərpasının mümkünsüzlüyü barədə dediyi sözlər olub.

Vaqif Sadıqov bildirib ki, iyunun 1-dən açıq havada idman yarışlarının keçirilməsinə yaşıl işıq yandırılsa da, sevincləri çox uzun çəkməyib:

“Bir neçə gün sonra operativ qərargah həftəsonları sərt qaydalar tətbiq etməyə başladı. Bu da futbolçuları pis duruma saldı. Ona görə də çempionatın davam etdirilib-etdirilməməsi sual altına düşdü.

“Çempionatın davam etdirilməsi və ya ləğvi bizə nə verir?” sualı üzərində düşünməliyik. “Tərəzinin gözündə hansı ağırdır?” deyə düşünməliyik”.

Daha çox xəbərlər